Hollivud ulduzunun ürəyi dayandı

hollivud-ulduzunun-ureyi-dayandi
Oxunma sayı: 2553

Hollivud ulduzu Bert Reynolds 82 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” TMZ-yə istinadən xəbər verir ki, ürəyi dayanan aktyor Florida xəstəxanalarından birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının məlumatına görə, Reynolds uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş. 

Qeyd edək ki, Bert Reynolds “Polis və quldur”, “Əvvəldən başlamaq”, “Buqi üslubunda gecə” filmləri ilə məşhurdur. O, adıçəkilən sonuncu filminə görə “Oskar”a layiq görülüb.