Hollivudda Azərbaycan kinosu gecəsi keçiriləcək

hollivudda-azerbaycan-kinosu-gecesi-kecirilecek
Oxunma sayı: 653

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci və Azərbaycan-Amerika Şurasının (AAŞ) yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir “Şərq Qərbi qarşılayır” adı altında keçiriləcək.

Tədbirin təşkilatçıları AAŞ və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğudur.

Los-Anceles kino məktəbinin Baş teatrında keçiriləcək gecədə Samir Kərimoğlunun “Niyyət” filmi nümayiş etdiriləcək.