Hollivudda tarixi müqavilə

hollivudda-tarixi-muqavile
Oxunma sayı: 1501

“Disney” şirkəti “21st Century Fox” studiyasını 52,4 milyard dollara alır

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, çoxdan planlaşdırılan müqavilə bir neçə gün ərzində baş tutacaq.

Beləliklə, “Disney” onlayn-video sahəsində böyük oyunçu olacaq. “Neftlix”, “Apple” və “Amazon” isə bu böyük oyunçu ilə rəqabət aparmalı olacaqlar.

Bundan başqa, studiyanın “Deadpool”, “X-Men”, “Avatar”, “Fantastic Four”, “Simpsons” və s. kimi digər məşhur seriyaları “Disney”in tabeliyində olacaq. “Disney” həmçinin “FX” və “National Geographic” kabel televiziyalarına da sahib olacaq.