Hollivudda təcavüz qalmaqalı - Məşhurlar ayağa qalxdı

hollivudda-tecavuz-qalmaqali
Oxunma sayı: 3048

Ancelina Coli və Gwyneth Paltrow kimi məşhur ulduzlar “New York Times” qəzetinə rejissor Harvey Weinstein haqqında şok açıqlama veriblər. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki aktrisa digər məşhurlar kimi rejissorun onlara seksual xarakterli hərəkətlər etdiyini bildirib. 

Coli “Playing by Heart” filminin çəkilişi zaman oteldə Weinstein ona böyük stress yaşatdığını bildirib:

“23 yaşım var idi. Həmin rejissorla çalışdım, başıma böyük bir iş gəldi. Əlaqəmi kəsdim, Harveylə işləyən bütün aktrisalara xəbərdarlıq etdim. Belə bir hərəkətləri şiddətlə qınayıram”. 

Harvey Weinstein haqqında daha bir iddianı Gwyneth Paltrow səsləndirib. Aktrisa hələ 22 yaşındaykən rejissorun “qurban”ına çevirildiyini söyləyib:

“Onu masaj etməyimi istədi və əliylə bədənimə toxundu. Tez otaqdan çıxdım və keçmiş sevgilim Bred Pittə dedim. O vaxtlar gənc idim, çox qorxmuşdum”. 

Qeyd edək ki, Hollivudun bir çox məşhur aktrisaları H. Weinstein haqqında müsahibələr verir, rejissorun əməlləri tənqid olunur.  Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini bildirirlər.