Hollivudun ən yaşlı aktrisası vəfat edib - 106 yaşında

hollivudun-en-yasli-aktrisasi-vefat-edib
Oxunma sayı: 1325

Hollivudun ən yaşlı aktrisası olan Konni Soyer 106 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata əsasən, aktrisa Los-Ancelesdəki evində dünyasını vəfat edib.

O, 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 1959-cu ildə isə Frank Sinarto ilə "A Hole in the Head" (Başında dəlik) adlı filmdə çəkilib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.

Konni Soyer son dəfə 2013-cü ildə "Rey Donovan" televiziya dramasında xanım Sallivan obrazını canlandırıb.