Hollivudun məşhur cütlüyü boşanır

hollivudun-meshur-cutluyu-bosanir
Oxunma sayı: 672

8 ildir evli olan aktyor Kris Pratt və aktrisa Anna Faris boşanmaq qərarı alıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük xəbəri sosial mediada elan ediblər:

“İkimiz də rəsmi olaraq ayrılacağımız üçün məyusuq. Uzun müddətdir əlimizdən gələni edirik. Oğlumuza görə bu vəziyyəti mümkün olduğu gizli tutumağa çalışırıq. Bir-birimizə olan sevgi və hörmətimiz devam edir”, - deyə açıqlama qeyd edilib.

Cütlüyün 4 yaşında Cek adlı bir oğlu var.