Honkonqda kütləvi aksiyalara görə bütün hökumət binaları bağlandı

Honkonqda kütləvi aksiyalara görə bütün hökumət binaları bağlandı
Oxunma sayı: 317

Çinin Honkonq xüsusi inzibati rayonunun mərkəzi hissəsində yerləşən bütün hökumət binaları səlahiyyətli şəxslərin qərarına əsasən, bu gündən etibarən bağlanıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərarın verilməsinə səbəb Honkonqda 1 milyondan çox insanın ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq bir neçə gündür keçirdiyi kütləvi aksiyalar olub. 

Aksiyalar iyunun 12-də günortadan sonra yenidən artıb, şəhər küçələrində kərpic və metal manelərdən barrikadalar qurulub. Polis sabitlik yaratmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Honkonq meri Kerri Lam nümayişləri qınayaraq sakinləri şəhərdəki həyatı normallaşdırmağa çağırıb.










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi