Horadizdə Bayraq Muzeyi tikilir

horadizde-bayraq-muzeyi-tikilir
Oxunma sayı: 658

Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində Dövlət Bayrağı meydanının ərazisində Bayraq Muzeyi inşa edilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Bayraq Muzeyinin binası bir mərtəbəli, səkkizgüşəli ulduz formasındadır. 

Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.