Horadizdə Dövlət Bayrağı günü qeyd olundu - Fotolar

horadizde-dovlet-bayragi-gunu-qeyd-olundu
Oxunma sayı: 1786

Horadiz şəhərində 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, N saylı hərbi hissənin əsgər və zabitləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra başçısı Alı Alıyev qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bayraq milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib:

“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir. Füzuli rayonunda Horadiz şəhərində də Dövlət Bayrağı meydanı inşa olunub, Bayraq Muzeyinin tikintisi isə başa çatmaq üzrədir”.

Tədbirdə çıxış edən digər natiqlər bayrağımızın yaranması tarixindən danışıblar.