Horadizdə iftar süfrəsi

horadizde-iftar-sufresi-
Oxunma sayı: 701


"Qafqazinfo"ya daxil olan məlumata görə, Qədr gecəsi ərəfəsində rayon ərazisində yaşayan, Bakı, Sumqayıt, Şirvan şəhərlərində və ayrı–ayrı rayonlarda məskunlaşmış sözügedən kateqoriyadan olan şəhid ailələrinə 910 pay, Qarabağ əlili və imkansız ailələrə 450 pay ( hər bir payda un, düyü, şəkər tozu, çay, yağ olmaqla) ərzaq yardımı verilib.

Bundan başqa 01.08.2013–cü il tarixdə rayon İcra Hakimiyyəti tərəfindən ölkə başçısı cənab İlham Əliyevin adından Horadiz şəhərində 100 nəfər oruc tutan və imkansız şəxslər üçün iftar süfrəsi təşkil olunub.

Rayonun idarə, müəssisə və təşkilat nümayəndələrinin, şəhid ailələrinin və Qarabağ əlillərinin, ümumən oruc tutanların iştirak etdiyi mərasimdə Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhu yad edilmişdir. Qeyd olunub ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.

Ölkə rəhbəri adından rayonun bir çox yaşayış məntəqələrində iftar süfrələri təşkil olunub.