Hoteldə 21 yaşlı sevgilisini öldürənin məhkəməsi başladı

hotelde-21-yasli-sevgilisini-oldurenin-mehkemesi-basladi
Oxunma sayı: 1531

Abşeron rayonunda hoteldə sevgilisini öldürməkdə təqsirləndirilən Nəriman Əliyevin məhkəmə başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

İttihama görə, 2018-ci ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən “Oskar” otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

N.Əliyevlə A.Orucova üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olublar və bu zaman ərzində tez-tez görüşüblər. N. Əliyev A.Orucovanı ona yalan danışdığına görə öldürdüyünü deyib. Cinayəti törətdikdən sonra qaçsa da, polis tərəfindən saxlanılıb.