Hoteldə baş verən terrorda ölü sayı 21-ə çatdı - Yenilənib

hotelde-bas-veren-terrorda-olu-sayi-21-e-catdi
Oxunma sayı: 2308

Keniyanın paytaxtı Nayrobidə hoteldə baş verən terror aktında ölənlərin sayı 15-ə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında ABŞ və Böyük Britaniya vətəndaşları da var. 

Keniya DİN-in məlumatına görə, ötən gecə terrorun baş verdiyi “Dusit” hotelindən 174 nəfər evakuasiya edilib.

Qeyd edək ki, terrora görə məsuliyyəti əsasən Somalidə fəaliyyət göstərən “Əş-Şabab” radikal qruplaşması öz üzərinə götürüb.

*** 

Nayrobidə terrorçuların hotelə hücumu nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Bu barədə Keniya polis rəhbəri Cozef Boynett məlumat yayıb.