Hotmail 15 illiyini qeyd edir

hotmail-15-illiyini-qeyd-edir
Oxunma sayı: 659

Microsoft Azərbaycan şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, Hotmail azərbaycanlı istifadəçilər arasında məşhur olan elektron poçt xidmətlərindən biridir. Hazırda Hotmail dünyanın ən iri poçt servisidir – qeydiyyatdan keçmiş istifadəçilərin sayı 360 milyona bərabərdir.

Yenilənmiş Windows Live Hotmail xidmətində vaxta qənaət etməyə imkan verən intellektual alətlər mövcuddur. Yeni texnologiyalar məktubları “Daxil olanlar” qovluğunda qaydaya salmağa, arzuolunmaz poçtu avtomatik şəkildə süzgəcdən keçirməyə, həmçinin istifadəçinin kompüterində Microsoft Office dəstinin olmaması zamanı belə Word, Excel və PowerPoint faylları ilə birbaşa elektron poçt xidmətindən pulsuz işləməyə imkan verir.

Nigar Məmmədli