HP personal kompüter biznesindən imtina edir

hp-personal-komputer-biznesinden-imtina-edir
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, HP biznes məlumatların axtarılması və təhlili üçün proqram təminatının işlənib hazırlanması ilə məşğul olan Britaniyanın ən iri tərtibatçılarından biri Autonomy şirkətinin 10,3 milyard ABŞ dolları məbləğinə əldə edilməsinə dair saziş imzaladığı barədə elan edib.

Bundan əlavə Hewlett-Packard səhmdarlar üçün ən gözlənilən bəyanatla çıxış edib. Belə ki, HP personal kompüter istehsalı sahəsindəki biznesinin müstəqil şirkət kimi ayrılması ehtimalını ciddi qiymətləndirdiyini bildirib.

Həmçinin ABŞ şirkəti rüblük nəticələrini də açıqlayıb. Belə ki, ekspertlərin proqnozlarından aşağı olan bu göstəricilər HP-nin Nyu-York birjasında səhmlərinin qiymətinin 6 faiz enməsinə səbəb olub.

Hewlett-Packardın daha bir ciddi bəyanatı WebOS əməliyyat sistemi bazasında smartfon və planşet kompüter istehsalından imtina edəcəyi barədə qərarı olub. Bunun əvəzinə HP əsas səylərini istifadəçilərə dünya üzrə internetlə təqdim olunan “bulud” servislərində cəmləşdirməyi planlaşdırır.

Garnter analitikləri hesab edirlər ki, HP-nin bu elanları şirkətin texnika istehsalçısı deyil, əsasən İT-xidmətlər və proqram təminatı təchizatçısına çevrilməsini nəzərdə tutan yeni strategiyanın başlanmasıdır.

Nigar Məmmədli