Hrant Dinkin qardaşı qondarma erməni soyqırımı qanununa qarşı çıxdı

hrant-dinkin-qardasi-qondarma-ermeni-soyqirimi-qanununa-qarsi-cixdi
Oxunma sayı: 636

Proqrama telefonla bağlanan Hrant Dinkin qardaşı Orxan Dink diasporadakı ermənilərə səslənib. O, qanun layihəsinin söz azadlığına ziddi olduğunu bildirib və erməniləri bu qanun layihəsinə qarşı çıxmağa səsləyib:

"Bu qanun layihəsi bir təhqirdir. Siz də buna qarşı çıxın. Fikrimcə, bu kədər siyasətçilərin əlində fürsət kimi verilməməlidir. Diasporadakıi soydaşlarıma, qohumlarıma, qardaşlarıma, dostlarıma, mənimlə bu kədəri paylaşan insanlara seslenirəm. Qanuna qarşı çıxmaq lazımdır. İnsan haqlarının tapdalanmasına qarşı çıxın".

O, böyük qardaşı Hrant Dinkin də bu qanuna qarşı çıxdığını xatırladıb.

Hrant Dink 2007-ci ildə Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən erməni əsilli jurnalistdir. O, erməni diasporasına məxsus "Aqos" qəzetinin baş redaktoru idi.

Dünən Fransa parlamentinin aşağı palatasının iclasında qəbul olunub. Aşağı palatada aparılan səsvermə zamanı layihə 19 əleyhinə, 106 lehinə olmaqla təsdiqlənib. Qanun layihəsinə görə, qondarma erməni soyqrımını inkar etmək cinayət hesab ediləcək və bu qanunu pozanlara 1 ilə qədər həbs və ya 45 min avro cərimə tətbiq ediləcək.

Bundan sonra qanun layihəsi Fransa parlementinin yuxarı palatası olan Senata, daha sonra yenidən Aşağı palataya göndəriləcək. Yenidən qəbul olunacağı təqdirdə qanun layihəsi imzalanması üçün Fransa prezidentinə təqdim ediləcək. Layihənin Senata nə vaxt göndəriləcəyini isə Fransa hökuməti müyyənləşdirəcək.

Fransa 2001-ci ildə qəbul edilən qanunla qondarma erməni soyqrımını tanıyıb.

ans press