“Huawei” rəhbərinin qızı həbs edildi

huawei-rehberinin-qizi-hebs-edildi
Oxunma sayı: 1944

Dünya markası “Huawei” rəhbərinin qızı, şirkətin baş maliyyə direktoru Vançjou Men həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Men Kanadanın Vankuver şəhərində saxlanılıb. O, ABŞ-ın İrana tətbiq etdiyi ticarət sanksiyalarını pozmaqda şübhəli bilinir.  Çinin Kanadadakı səfirliyi bu həbsə etiraz edərək direktorun azad edilməsini tələb edib. Vançjou Menin ABŞ-a ekstradisiyası gözlənilir.

Aysel Kərimova