“Huawei” rəhbərinin qızı sərbəst buraxıldı

huawei-rehberinin-qizi-serbest-buraxildi
Oxunma sayı: 3186

1 dekabrda Kanadanın Vankuver şəhərində saxlanılan Çinin məşhur telefon istehsalçısı “Huawei” şirkətinin sahibinin qızı və şirkətin maliyyə işləri üzrə direktoru Vançjou Men sərbəst buraxılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, 10 milyon Kanada dolları qarşılığında şərti azadlığa çıxıb.

Qərara əsasən, Men 7 milyon dolları nağd, 3 milyonu isə daşınmaz əmlakla ödəməlidir.

Bundan başqa, onun ayağına GPS yerləşdiriləcək və daim nəzarətdə saxlanılacaq. Onun bir müddət Vankuverdən kənara çıxmasına da qadağa qoyulub. Bunun üçün sahib olduğu bütün sənədləri hüquq-mühafizə orqanlarına təhvil verməlidir.

Qeyd edək ki, Vançjou Men ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğu iddiası ilə saxlanılıb.