Hulusi Kılıc sərgiyə qatılacaq

hulusi-kilic-sergiye-qatilacaq-
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, konfransda sərginin təşkilatçısı olan Türkiyənin “Meridyen Uluslararası Fuarçılıq” Şirkətinin İdarə heyətinin üzvü və layihənin Azərbaycan üzrə əlaqələndiricisi Alper Çekic çıxış edərək, belə layihələrin Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin inkişafındakı rolundan danışıb: “Bu sərgi Türkiyə və Azərbaycan iş adamları arasında yeni iş birliklərinin yaradılmasında da faydalı olacaq. 50-dən çox türk şirkəti qatılacağı sərgidə inşaat, mebel və emal sənayesi, qida, tekstil, məişət texnikası, kimya sənayesi, kosmetika və hazır geyim kimi müxtəlif fəaliyyət sahələrini əhatə edəcək”.

Qeyd edək ki, üç gün davam edəcək sərgi “Baku Expo Center” Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və TÜSİAB-ın nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, “Meridyen Uluslararası Fuarçılıq” Azərbaycanda keçirilən “İstanbul Fashion Show” və “Türk İnşaat və Makina” sərgilərinin də təşkilatçısı olub.

Nigar Məmmədli