Hülya Avşar da siyasətə qoşulur

hulya-avsar-da-siyasete-qosulur
Oxunma sayı: 1723


 “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Avşar protez ayağı ilə əlillər arasında keçirilən  yarışda çempion olan Barış Telli ilə bir araya gəlib. Çempion olan gəncə İdman Nazirliyinin dəstək olmadığını söyləyən Avşar bundan sonra nazirliyin əlil idmançılara daha çox dəstək olacağına inandığını bildirib. 

 Aktrisa önümüzdəki illərdə siyasətə qatılacağını da ifadə edib:

"Siyasət diqqətimi çəkir, irəlidə bir ucundan da mən tutacam. Bu istək ürəyimin bir küncündə yatır.  Türkiyə çətin dövrdən keçir.  Bu dövr keçdikdən sonra qərar verəcəm, görək zaman nə göstərəcək”.