Hülya Avşar şokda - Cəmi 1302 nəfər baxdı

hulya-avsar-sokda
Oxunma sayı: 2638

Türkiyəli müğənni-aktrisa Hülya Avşarın “Selfi” filmi uğur qazanmayıb. “Qafqazinfo” xəbər verir ki, rejissoru və baş qəhrəmanı Hülya olan və öz həyatından bəhs edən ekran işi 3 gün ərzində 1302 tamaşaçı tərəfindən izlənilib. 

Reklamı güclü olan və instaqramda 2, 3 milyon izləyicisi olan Avşarın layihəsinə bu dəfə maraq az olub. Bildirilir ki, baxış sayı az olan film bir müddət sonra kinoteatrlarda yayımlanmayacaq.