Hülya Koçyiğitin vəziyyəti necədir? - Həkimi açıqladı

hulya-kocyigitin-veziyyeti-necedir
Oxunma sayı: 807

Xəbər verdiyimiz ki, 70 yaşlı türkiyəli aktrisa Hülya Koçyiğitə ABŞ-da ağciyər xərçəngi diaqnozu qoyulub.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin əfsanəvi aktrisası dünən Amerikada “New York Presbyterian Hospital”da əməliyyat olunub.

Əməliyyatı həyata keçirən həkim Nasser Altorki sənətçinin vəziyyətinin yaxşı olduğunu bidirib: “Xərçəng ağciyərdəki hissədən təmizlənib. Hülya xanım bir müddət xəstəxanada qalandan sonra evə buraxılacaq, lakin o, davamlı olaraq müayinələrdən keçməlidir”.

H. Koçyiğit isə İnstaqram və Feysbuk hesablarrında onun üçün dua edən hər kəsə təşəkkür edib.