Hülyanın qızı qəza törətdi, sonra qaçdı - Fotolar

Hülyanın qızı qəza törətdi, sonra qaçdı
Oxunma sayı: 1490

Ötən gecə Hülya Avşar və Kaya Çilingiroğlunun 19 yaşlı qızı Zəhra Çilingiroğlunun başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, İstanbulda Z. Çilingiroğlunun avtomobili ilə taksi toqquşub.   

Qrımızı işıqda qəza törədən Hülyanın qızı “Bir qədər irəli gedək, mətbuat məni çəkir. Uyğun bir yerdə danışaq” deyə taksi sürücüsünə deyib.  

Ancaq Zəhra vədinə əməl etməyib və hadisə yerindən uzaqlaşmağa çalışıb. Taksi isə onu Ulus ərazisinə kimi təqib edib. Yarım saatdan sonra sürücü 19 yaşlı məşhurun avtomobilinin qarşısını kəsib. 

Sürücünün “Pulumu verəcəksin” deməsinə Zəhra “Məni izlə, pulunu alacaqsan” cavabını verib. 

Çilingiroğllu daha sonra Maslak ərazisində təhlükəsizliyi qorunan özəl küçəyə daxil olub. Sürücü ərazidən çıxaraq “Haqqımı aldım” deyə mətbuata açıqlama verib. 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi