Humay intizardadır...

humay-intizardadir
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, müğənni ikinci peşəni sanballı şəkildə məşğul olmağı qarşısına məqsəd qoyub. Onun repertuar seçimi zamanı ilk bəhrələndiyi mahnılar xalq artisti Elmira Rəhimovanın mahnıları olub. Elmira xanım mahnının hallalığını verib və Humaya uğurlar arzulayıb. “İntizardayam”a sənətkardan sonra nadir halda müraciət olunduğunu nəzərə alan Humay onu öz ifasında yeniləyib.

H.Qədimova əvəzolunmaz sənətkarla müştərək layihə də düşünür. Lakin Elmira xanım səhhətinin bunu həyata keçirməyə imkan vermədiyini bildirib. Humay Elmira Rəhimovanın mahnısını oxuyandan sonra onu böyük sənətkarlarımıza da dinlədib.

Aynur B.