“Hundai”ı aşırdı, yaralılar var

hundaii-asirdi-yaralilar-var
Oxunma sayı: 1658

Ağsuda yol qəzası baş verib.  

“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 20-ci km-də, Ağsunun Ərəbmehdibəy kəndindən keçən hissəsində baş verib.

Belə ki, sürücü, 31 yaşlı Kürdəmir sakini Səmədov Vasif Arif oğlu “Hundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomaşın yoldan çıxaraq aşıb. 

Nəticədə Vasif Səmədov və sərnişini Kürdəmir sakini 25 yaşlı Cəbiyev Nicat Şərbət oğlu müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Zərbənin təsirindən maşın yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır

Rəşad Türkoğlu