Hüquq müdafiəçiləri gənclərin azadlığa buraxılmasını tələb etdi

huquq-mudafiecileri-genclerin-azadliga-buraxilmasini-teleb-etdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, son günlərdə ölkədə Azərbaycan gənclərinə qarşı aparılan təzyiq-təqib kampaniyası və gənclərin sistematik həbsləri bizi ciddi narahat edir.

Yaşadığımız seçki ilində gənclərə qarşı aparılan repressiyalar ölkəmizin nüfuzuna zərbə vurmaqla yanaşı cəmiyyətdə də gərginlik yaradır ki, bu da son nəticə kimi cəmiyyətin bölünməsinə və qarşıdurmaya gətirib çıxara bilər. Bu sonluğa isə heç bir vəchlə yol verilməməlidir.

Biz, hakimiyyətin müvafiq strukturlarını gənclərin etirazına səbəb olan və cəmiyyəti narahat edən problemləri nəzərə alıb tez bir zamanda aradan qaldırmağa çağırır və həbsdə olan gənclərin dərhal azadlığa buraxılmasını tələb edirik.

HMTMQ-nun üzvləri:

Novella Cəfəroğlu

Səidə Qocamanlı

Səadət Bənənyarlı

Arzu Abdullayeva