Hüquq müdafiəçisi Baş prokurorluğun açıqlamasını təkzib etdi

huquq-mudafiecisi-bas-prokurorlugun-aciqlamasini-tekzib-etdi
Oxunma sayı: 640

“Qafqazinfo” həmin məktubu təqdim edir. Məktubda deyilir; “Əvvalə sizlərə və mənim hüquqlarımı müdafiə edən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bildiyiniz kimi mən həbs olunan zaman Sabirabad polis şöbəsində və rayon Olimpiya Mərkəzində polislər və qara maska taxmış mülki geyimli şəxslər tərəfindən ciddi fiziki zorakalığa və işgəncələrə məruz qalmışam. Məni zorla, döyə- döyə və ən ağır işgəncələri verə- verə, ölümlə təhdid edərək video çəkiliş qarşısında yalandan, etiraf edici izahat verməyə məcbur ediblər. Ötən müddət ərzində aldığım xəsarətlərdən əziyyət çəkirəm. Mənim başımda, qularlarımda, döş qəfəsimdə ciddi ağrılar var. Məni müayinə edən Tibb idarəsinin həkimləri “sol qulaq təbil pərdəsinin quru perforasiyası (deşilməsi)” diaqnozu qoyublar. Qulaqlarımda güclü ağrılar və uğultular var. Gecələr yata bilmirəm. Ağrıkəsici dərmanlar hesabına yaşayıram. Mənim müalicəm istiqamətində heç bir addım atılmır. Mənə qarşı bu münasibətin səbəbini bilmirəm. Müalicəmin təşkili, mənə qarşı fiziki zorakalıq, işgəncə verənlər haqqında ölçü götürülməsi barədə müvafiq addımlar atmaq əvəzinə Respublika Baş Prokurorluğunun dünən yaydığı açıqlama məndə təəssüf və təəccüb doğurur. Prokurorluğun açıqlamasında saxta rəylərə istinadən bildirlir ki, guya mənim heç bir şikayətim yoxdur və qulağımın təbil pərdəsinin deşilməsi 08 iyun 2012- ci ildən öncə, mənim uşaqlıq yaşlarımda olub (!?). Bunlar hammısı ağ yalandır, mənə qarşı böhtandır.

Mənim hüquqlarımın növbəti dəfə pozulması, haqqımda düzgün olmayan ifadələrin yayılmasıdır. Mən bir daha bildirirəm ki, indiki ağrılarım mənim qanunsuz həbsim zamanı aldığım zərbələrdən və mənə verilən işgəncələrdən sonra meydana gəlib. Mənim həbsimə qədər səhhətimlə, o cümlədən qulağımla bağlı heç bir şikayətim, həkimə müraciətim, tibbi müəssələrdə qeydiyyatım olmayıb. Əgər elədirsə qoy aidiyyatı qurumlar bu barədə ortaya fakt, sübut qoysunlar. Mən, ailə üzvlərim, qohumlarım və digər şahidlər də sübut edə bilər ki, mənim səhhətim, xüsusən qulaq ağrılarımla bağlı həbsimə qədər heç bir şikayətim olmayıb.

Sizdən xahişim odur ki, mənim aşağıdakı istək və tələblərimi aidiyyatı qurumlara çatdırasınız və bu məsələrdə mənə yardımçı olasınız;
1. Müalicə olunmağım üçün kənardan, mənə öz inandığınız həkimin İstintaq Təcridxanasına gəlməsini təşkil edəsiniz. Mən artıq ağrılara dözə bilmirəm.
2. Mənə işgəncə vermiş vəzifəli şəxslər və qara maska geymiş mülki şəxslər haqqında qanun çərçivəsində ölçü götürülməsi üçün aidiyyatı qurumlara müraciət edəsiniz.
3. İşgəncə altında verdiyim ifadələrdən imtina etdiyimi bir daha bildirir və yenidən ifadə vermək istəyimi Respublika Baş Prokurorluğuna çatdırasınız.
4. Ailə üzvlərimlə görüşməyimə yardımçı olasınız”