Hüquqi şəxslərin qeydiyyatına dəyişiklik edildi

Hüquqi şəxslərin qeydiyyatına dəyişiklik edildi
Oxunma sayı: 902

Baş nazir Artur Rasizadə “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə görə qaydaların 3.1.6-cı yarımbəndinə “qeydiyyatı” sözündən sonra “, təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyədirsə, bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” sözləri əlavə edilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi