“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prodüser Timur Savcının şirkətinin çəkdiyi "Muhteşem Yüzyıl" bu mövsüm sona çatmayacaq. Belə ki, şirkətlə serialın yayımlandığı Star TV telekanalı arasında 2014-cü illə bağlı yeni müqavilə imzalanıb. Məlumatda o da qeyd olunur ki, seriala yeni simalar gələcək.
Qeyd edək ki, Osmanlı tarixini əks etdirən “Muhteşem Yüzyıl” Türkiyənin ən populyar serialıdır. Bu serialı dünyanın 28 ölkəsində 200 milyondan çox insan izləyir.