Hürrəm Sultan “Möhtəşəm Yüzil”i yarımçıq qoyaraq ölkəsinə qaçdı

hurrem-sultan-mohtesem-yuzili-yarimciq-qoyaraq-olkesine-qacdi
Oxunma sayı: 638

“Möhtəşəm Yüzil”in Hürrəm Sultanı Məryəm Uzerli Türkiyəni tərk edərək öz ölkəsinə qayıdıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən çərşənbə serialın 100-cü bölümünün fraqmanı yayılsa da, həmin bölüm bu həftə yayımlanmadı, gələn həftəyə təxirə salındı. Buna səbəb isə aktrisanın hamıdan xəbərsiz Berlinə, ailəsinin yanına getməsi olub. Film heyəti 101-ci bölümün çəkilişləri Uzerlinin qayıdacağına ümid edir.

Aktrisa onunla əlaqə saxlayan “Tims Production” şirkətinə psixologiyasının pozulduğunu söyləyib: “Film çəkilişləri həddən çox davam edir. Psixologiyam pozulub. Berlində bir xəstəxanada müalicə alacağam. İstanbula dönməyəcəyəm”.

Uzerlinin bu açıqlaması “Tims Production”nı çıxılmaz vəziyyətə salıb. Şirkət onu Türkiyəyə gətirməyin yollarını axtarır.

Qeyd edək ki, M. Uzerli son vaxtlar qatıldığı mükafat mərasimlərində serial vaxtlarına etiraz edib: “Uzun müddətdir ki, aynaya baxanda Hürrəmi görüb Məryəm üçün darıxıram. Bəzən psixoloji olaraq çox yoruluram.

Türkiyədə seriallar çox uzundur, bu isə manyaklıqdır. Bir serial 100 dəqiqə, 110 dəqiqə, 120 dəqiqəyə çəkilir... Həyatda belə bir şey yoxdur. Bütün kanallardan xahiş edirəm ki, serialların vaxtını 60, 50, 45 dəqiqəyə endirin. Hamı xoşbəxt olsun. Çünki mən xoşbəxt deyiləm”.

Aynur