Hürrəm Sultanın ətri hazırlandı

hurrem-sultanin-etri-hazirlandi
Oxunma sayı: 733

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sultanın tarixdə istifadə etdiyi qoxu tarixi bilgilər əsasında hazırlanıb. Qoxu "Hürremiks" adını daşıyır.

Tarixi araşdırmalar nəticəsində Hürrəm Sultanın çiçək və sidr ətirli qoxulardan istifadə etdiyi müəyyən edilib. Ətir artıq satışa çıxarılır.

Türkiyədə insana məxsus ətirlər hazırlamaqda mütəxəssis olan Bihter Türkan Ergünün sözlərinə görə, qoxu və xarakteristika bir-birini tamamlayır: "Mustafa Kamal Atatürkdən, Sultan Süleyman Qanuni, Hürrəm Sultandan Kösəm Sultan kimi bir çox tarixi insanın qoxusunu hazırlamışıq. Bu qoxuları hazırlamaq üçün tarixə işıq tutmuşuq".