“Hüseyn Abdullayev sənə salam verir ki…” - - Tolikdən Röyaya

huseyn-abdullayev-sene-salam-verir-ki-
Oxunma sayı: 3047


“Qafqazinfo”nun məlumatına görə, prodüser müğənni Röya Ayxanın dünən "Qafqazinfo"ya verdiyi müsahibədə prodüser məktəbi barəsində dediyi fikirlərə “İnstagram” səhifəsində münasibət bildirib:

“Sonra deyirlər ki, Tolik qalmaqal eləyir, öldüm gülməkdən. Hələ bir gör Hüseyn Abdullayev sənə heç salam verir ki, bir mahnısını da oxuyasan. Yaxşı ki, bu 25 ildir oxumur, belə öyrədənsən bir özün də öyrən gör neçə not var? Prodüserlik mərkəzi açır. Bir özüvə ofis tut, yoxsa özün kimi Meridianda kurslar açarsan. 80 nəfər gəlibsə, it kimi uluyaram”.

Prodüser sosial şəbəkə izləyicilərinin “Bu kimin müsahibəsidir?” sualına “Mən onun adını yalnız o öləndə yazacam ki, Allah rəhmət eləsin”, - deyə cavab verib.