Hüseyn Bağırov Xorvatiya naziri ilə görüşdü

Hüseyn Bağırov Xorvatiya naziri ilə görüşdü
Oxunma sayı: 406

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç arasında görüş keçirib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüş zamanı bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü Nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi