Hüseyn Dərya qəzaya uğradı- - Qəzadan fotolar+Yenilənib

Hüseyn Dərya qəzaya uğradı-
Oxunma sayı: 7507


“Qafqazinfo” Milli.Az-a istinadən bildirir ki, onun olduğu "99 EK 575" nömrə nişanlı Opel Astra markalı minik avtomobili Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.

H.Dərya ağır vəziyyətdə xəstəxanaya aparılıb.

***

 Milli.Az-ın son məlumatına görə, qəzaya düşmüş avtomobilin sükanı arxasında Hüseyn Dərya olub. 

Xəstəxanadan verilən məlumata görə, H.Dərya hazırda reanimasiya şöbəsindədir. Onun ayağı sınıb, ağır xəsarətlər alıb. 

***

APA-nın xəbərinə görə, reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KaMAZ markalı maşına çırpılıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə ilə bağlı təcili yardıma saat 23.10-da cağırış olub. H. Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki,  qəza nəticəsində H. Dərya yüngül kəllə-beyin travması alıb və sağ ayağı sınıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi