Hüseyn Dəryanın narkotikə yox deyəcəyi gün məlum oldu

huseyn-deryanin-narkotike-yox-deyeceyi-gun-melum-oldu
Oxunma sayı: 644

“Dekabrın 14-də “Narkotikə yox deyək!” adı altında baş tutacaq konsertdə Xuraman Şuşalıdan və Marina Əliyevadan savayı reper Hüseyn Dərya da Narkotikə yox deyəcək. Hal-hazırda bu konsertin hazırlıq proseslərinə başımız qarışıb. Mən bu konserti təşkil etmək üçün bir neçə müddət idi ki, razılıq eldə etmişdim. Sadəcə konsertin baş tutacaq gününü açıqlamaq istəmirdim”.

Daha sonra Dağıstanlı həmkarı Marina Əliyeva ilə eyni səhnəni paylaşacaq müğənni Xuraman Şuşalı baş tutacaq konsert barəsində danışıb: “ Marina xanım Azərbaycanda o qədər tanınmasa da, Dağıstanın əməkdar artistidir. Bu müğənni öz ölkəsində kifayət qədər tanınır və mən şadam ki, Marina xanımla eyni səhnəni paylaşacağam. Mən çox sevinirəm ki, konsertimiz “Narkotikə yox deyək” adı altında keçirilir. Çünki neçə-neçə insanlar narkotikin alüdəçisidir. Mən hər kəsi bu konsertimə dəvət edirəm. Çünki, fərqli bir konsert proqramı sizləri gözləyir”.

Qeyd edək ki, dağıstanlı Marina Əliyevanın dekabrın 12-də paytaxtımıza təşrif buyuracağı gözlənilir. Müğəninin paytaxtımıza tez gəlməsinə səbəb isə, təşkilatçının Marina xanıma hədiyyə etdiyi klipin çəkilişlərinin olmasıdır.