Hüseyn Əzizoğlu “sağ” göstərib, “sol” vurdu

huseyn-ezizoglu-sag-gosterib-sol-vurdu
Oxunma sayı: 9394

Daha bir iştirakçı “Maşın” realiti-şosunu tərk edib.

“Qafqazinfo” xəbər verir ki, iştirakçılar bloger Hüseyn Əzizoğlunu səsverməyə çıxarıblar.

O, yarışmada qalacağı təqdirdə aktrisa Pərvin Abıyevanı yarışmadan kənarlaşdıracağını açıqlayıb.

Səsvermənin yekununda 60,3 faiz səs toplayan H.Əzizoğlu yarışmada qalıb. Lakin, o hədəfini dəyişib və müğənni Abbas Bağırovu şoudan uzaqlaşdırıb.