Hüseynin “Kəpənək dərsi” ABŞ-da çap olundu

huseynin-kepenek-dersi-abs-da-cap-olundu
Oxunma sayı: 1224

Tanınmış şair, esseist Fərid Hüseynin Amerikada kitabı çap olunub.
 
“Qafqazinfo”nun məlumatına görə, Amerikanın “Mundus Artroom Press” nəşriyyatında çapdan çıxan kitabın adı “Kəpənək dərsi" (“Studying a butterfly”) adlanır.
 
Şeirlər kitabını Azərbaycan dilindən ingilis dilinə professor, mütərcim Cavanşir Yusifli tərcümə edib, nəşrin redaktoru tanınmış şair “BookMan Prize” laureatı Gjeke Marinajdır.
 
Kitab Amerikada "Mundrus Atrium" adlı beynəlxalq ədəbiyyat və incəsənət jurnalının rəhbəri, Riçard Universitetinin müəllimi G.Marinajın təşəbbüsü ilə işıq üzü görüb.