Hüsniyə Kirkorovla işləyəcək

husniye-kirkorovla-isleyecek
Oxunma sayı: 2700

Azərbaycanın tanınmış aparıcısı Hüsniyə Məhərrəmova Rusiyanın pop kralı Filip Kirkorovun sahib olduğu “Dream Team” şirkəti ilə əməkdaşlığa başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avroviziyanın Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” məlumat yayıb.  

Bildirilir ki, 2013-2014-cü illərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Hüsniyə Məhərrəmova bu il yaradıcı qrupun üzvü olaraq Azərbaycan delegasiyasında yer alacaq və “Dream Team”in yeni üzvü olub. 

Qeyd edək ki, prodakşın bu il Avroviziyada Azərbaycanı təmsil edən Aysel Məmmədova (Aisel) ilə çalışır. 

Azərbaycan bu il dəyişiklik edərək müsabiqə ilə bağlı işləri sözügedən şirkətə həvalə edib.