Hüsniyyə də İTV-dən getdi

husniyye-de-itv-den-getdi
Oxunma sayı: 6831


"Qafqazinfo" İnterpress.az-a istinadən xəbər verir ki, Hüsniyyə Məhərrəmova aparıcılıq fəaliyyətini ATV-də davam etdirəcək.

Aparıcısı olduğu “Böyük Səhnə” yarışması da ATV-də yayımlanacaq. Xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxladıq. Hüsniyyə Məhərrəmova faktı təsdiq etdi:

“Deyilənlər doğrudur, öz ərizəm ilə işdən ayrılmışam. Yarışmanın isə ATV-də olması ilə bağlı qəti qərar yoxdur”.

Qeyd edək ki, Hüsniyyə Məhərrəmova “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.