Hüsnü Mübarək azad edildi

husnu-mubarek-azad-edildi
Oxunma sayı: 3207


 “Qafqazinfo” xəbər verir ki, Mübarəkin vəkili bildirib ki, o, günün sonuna qədər azadlığa buraxılacaq.

Qeyd edək ki, bu gün baş tutan məhkəmədə Misirdə 2011-ci ildə xalq qiyamıyla devrilən keçmiş prezident Hüsnü Mübarəkin azadlığa buraxılması üçün edilən müraciətə baxılıb. Mübarək haqqındakı iki korrupsiya iddiasından birindən bəraət alıb. Vəkillərinin məhkəməyə təqdim etdiyi ərizə qəbul edilsə, onun həbsi üçün qanuni əsas qalmayacağı və Mübarəkin azadlığa buraxılacağı ifadə edilmişdi.