“Hüsnü Mübarək rejimindən də qəddardır...”

husnu-mubarek-rejiminden-de-qeddardir
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, belə bir dəyərləndirmə beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International”ın bugünki hesabatında verilib. Təşkilat qeyd edir ki, hərbiçilərin hakimiyyətdə olduğu doqquz ay ərzində insan hüquqlarının pozulması halları artıb. Söz verilmiş demokratik dəyişikliklər həyata keçirilməyib, hakimiyyət etiraz aksiyalarını amansızcasına boğur, çoxlarını həbs edir. Söz azadlığı ilə bağlı da vəziyyətin yaxşı olmadığı göstərilir. Jurnalist və bloqqerlər özlərini təhlükəsizlikdə hiss etmirlər. Onlar hərbiçiləri tənqidə görə cinayət təqiblərinə məruz qalırlar.
“Amnesty International”ın məlumatına görə, ölkədə Mübarəyin gedişindən sonra işgəncələr qurtarmadı. Nümayişçilərin dağıdılması üçün qoşunlar muzdurlardan istifadə edir.
Səidə