Hüsnü Mübarəkin silahdaşı öldü

husnu-mubarekin-silahdasi-oldu
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, "Mena" Agentliyi Süleymanın bu sabah ABŞ-dakı bir xəstəxanada dünyasını dəyişdiyini xəbər verib.

Misirin devrilən prezidenti Hüsnü Mübarək 30 il boyunca vitse-prezident təyin etməmiş, keçən ilin yanvarında xalq üsyanları başladıqdan sonra kəşfiyyat xidmətinin rəhbəri Ömər Süleymanı bu vəzifəyə gətirmişdi.

Ömər Süleymanın mayda prezidentliyə namizəd olacağını açıqlaması isə ölkədə yenidən etirazlara səbəb olmuşdu. Bu etirazlardan sonra Süleymanın namizədliyi qeydə alınmamışdı.