“Huşum özümdədir, heç bir aparata qoşulmamışam”

husum-ozumdedir-hec-bir-aparata-qosulmamisam
Oxunma sayı: 1589


"Qafqazinfo" ya daxil olan məlumatda M.Seyidzadə bildirib ki, martın 3-də gecə saatlarında beyin-qan dövranının pozulması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib: 

“Həkimlərin bildirdiyinə görə, daxil olan zaman vəziyyətim orta-ağır olsa da, indi özümü daha yaxşı hiss edir, məni ziyarət edənlərlə ünsiyyətə girə bilirəm. Allaha şükürlər olsun ki, huşum özümdədir, heç bir aparata qoşulmamışam, hazırda həkimlərin nəzarəti altında müalicəmi davam etdirirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə telefonla danışmışam, hörmətli Şeyx həzrətlərinə təşəkkür edirəm, səhhətimlə maraqlanıb, lazımı köməkliyini göstərib. Baş həkim Tərlan Bəbirov başda olmaqla tibbi personala, bütün dostlara, qayğıkeş tələbələrimə və xüsusən də diqqətlərinə görə mətbuata təşəkkürümü bildirirəm