Hyundai diqqəti premium modellərindən birinə çəkdi - - Fotolar

hyundai-diqqeti-premium-modellerinden-birine-cekdi-
Oxunma sayı: 1461



Bir sıra ölkələrdə (Yaxın Şərq, Afrika ölkələri və s.) Azera adı ilə tanınsa da, bu avtomobil ölkəmizə rəsmi olaraq Grandeur adı ilə idxal olunur. İstehsalçı tərəfindən müəyyən edilən bu bölgü, avtomobilin texniki xüsusiyyətlərində öz fərqini göstərir. Belə ki, Azerdan fərqli olaraq məhz GRANDEUR bizim ölkəmizin iqlim və yol şəraitinə habelə, yanacaq standartlarına tam cavab verir.

Hyundai GRANDEUR mükəmməl təhlükəsizlik sisteminə malikdir. Avtomobilin təkər sürətini və pedalların gücünü hiss edərək, hərəkətini tənzimləyən ESP sistemi, digər nəqliyyat vasitələri ilə avtomobil arasındakı məsafəyə nəzarət edir. Öndəki avtomobil dayanıb, yenidən yola düşdükdə Grandeur 3 saniyə ərzində avtomatik olaraq irəliləyir. 360 dərəcəli radar sistemi səs siqnalının məhz maneə olan hissədən gəlməsini təmin edir.

Arxa oturacaqların söykənəcəkləri öz quruluşları ilə arxa toqquşmalar zamanı sərnişinlərin zədələrini azaldır. 5 istiqamətə tənzimlənən ön oturacaqlar, yaddaş paketi, oturacaqların qızdırma və soyutma funksiyalarından başqa, massaj funksiyasının da olması lüksün göstəricisidir.

Ümumiyyətlə, Hyundai innovasiyalarının və ən son texnologiyaların geniş tətbiq olunduğu model ağıllı funksiyaları ilə sahibini məmnun edir. Bu texnologiyalar avtomobilin idarəetməsindən, ağıllı kruiz kontroldan tutmuş, LED arxa faralara, sürətini yağış miqdarına görə tənzimləyən şüşəsilənlərə qədər ən kiçik detallarda belə özünü göstərir.

Erqonomik interyer, dəbdəbəli eksteryer sahibinə fərqlilik hissi bəxş edir. .
Grandeur 2.4, və 3.0 l həcmli güclü, eyni zamanda qənaətcil mühərrik versiyaları ilə təqdim olunur. Hyundai brendini Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir. Auto Azərbaycan 17 ilə yaxın bir müddətdə yüksək servisi və orijinal ehtiyat hissələri ilə müştərilərinin etimadını qazanmışdır.