Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzi

hyustonda-azerbaycan-medeniyyet-merkezi
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Amerikanin ən böyük şəhərlərindən biri olan Hyustonda belə bir mərkəzin açılmasının böyük əhəmiyyət daşıdığını deyib. Mərkəzin açılması ilə burada Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yarandığını deyən Qənirə Paşayeva bu işə dəstək verən hər kəsə təşəkkür edib. O, çıxışında bu cür mərkəzlərin Amerika və Azərbaycan arasında körpü rolu oynayacağını da qeyd edib. Açılış mərasimizdə konqresmenlər, senatorlar və yüksək səviyyəli qonaqların iştirakı və çıxış etmələrinə toxunan millət vəkili Qənirə Paşayeva Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdiyini və daha da surətlə inkişaf etməsi üçün səylərin daha da artmasının vacibliyini vurğulayıb və bu cür mərkəzlərin bu istiqamətdə önəmli rol oynaya biləcəyini deyib.

Millət vəkili Qənirə Paşayeva mərkəzin rəhbəri, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə də görüşüb. Görüş zaamnı isə bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.