Hyustonun komada olan qızından yeni xəbər

hyustonun-komada-olan-qizindan-yeni-xeber-
Oxunma sayı: 1880


“Qafqazinfo”nun axşam.az-a istinadən xəbərinə görə, həkimlər 22 yaşlı qızı reabilitasiya şöbəsinə köçürtmək qərarına gəlib. Burada uzun müddət komada olan xəstələr saxlanılır. 

Bobbinin yer aldığı klinikanın adı paparatsilərdən gizli saxlanılır. Xarici mətbuatın yaydığı məlumatda qızın səhhətində heç bir dəyişiklik olmadığı bildirilib. 

Qeyd edək ki, Kristina yanvarın sonunda evinin vanna otağında huşsuz halda tapılıb. Beynində şiş olan qız sünii komaya salınmışdı.