I Beynəlxalq Bakı Forumu Misir mətbuatında geniş müzakirə olunub

i-beynelxalq-baki-forumu-misir-metbuatinda-genis-muzakire-olunub-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, üç gün davam edən Bakı Forumu dünya, o cümlədən Misir mətbuatında geniş işıqlandırılıb. Misirin “Əl-Əhram”, “Əl-Vətən” qəzetləri, xüsusən də elektron informasiya agentlikləri və xəbər portallarında Bakı Forumunun işi haqqında geniş yazılar dərc edilib. Ölkənin 10-dan artıq elektron KİV-i o cümlədən www.masress.com, və www.akhbarak.net portalları, həmçinin www.el-balad.com, www.tahrirnews.com saytlarında dərc edilən məlumatlarda səmavi dinin rəhbərlərinin, ziyalıların, siyasətçilərin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans yüksək qiymətləndirilib.

Prezident İlham Əliyev: Azərbaycan tolerantlıq modeli sərt sınaqlardan uğurla çıxmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətə toxunularaq qeyd edilib ki, Azərbaycanda din və dövlətin demokratiyanın əsas qayəsidir, eləcə də ölkədə mövcud olan bütün dini icmaları sülh şəraitində birgə yaşayır və ölkə Parlamentində təmsil olunur. Bundan başqa ölkə Prezidentinin Azərbaycanın torpaqlarının 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal edilməsi və nəticədə 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirilməəsi haqqında fikri xüsusi olaraq diqqətə çatdırılıb.
Forumun dövrü olaraq hər il keçirilməsi, dövlət və din münasibətlərinin əhəmiyyəti, tolerantlıq prinsipinin gücləndirilməsi məqsədilə dini, siyasi, ictimai və media nümayəndələrinin daha geniş formatda məsləhətləşməsi üçün görüş yeri olmasının qərara alındığı, eyni zamanda, iştirakçılar konfransda aparılmış müzakirələrin BMT qarşısında qoyulması barədə razılığa gəlindiyi, konfrans iştirakçılarının, əsas təşkilatlar, xüsusilə BMT, İƏT və digər qurumları, habelə sivil cəmiyyətləri birləşdirən vahid internet şəbəkəsinin yaradılması haqqında qərarı qeyd edilib.

Misirli hökümət rəsmisi: “Azərbaycana gəliş – uçurumdan inkişafa səyahətdir”

Xüsusi olaraq Konfransda Misirin Vəqflər, Dəvət və Xarici Əlaqələr nazirinin müavini doktor Camal Əbdüssəttar və Orta Şərq informasiya agentliyinin xarici əlaqələr departamentinin rəhbəri Məhəmməd Mustafa, “Əl-Əxbar” qəzetinin baş redaktorunun müavini xanım Süzi Əl-Qineydi səviyyəsində təmsil olunduğu vurğulanıb.
Xatırladaq ki, “Ərəb baharı”ndan sonra Misirdə hakimiyyətə gələn yeni hökumətin Vəqflər nazirinin müavini Azərbaycanın inkişafını “Bakıya gələndə sanki uçurumdan inkişafa qədəm qoydum” fikri ilə ifadə etmiş və öz çıxışında Azərbaycanda məzhəblərarası dözümlülük mühiti və zəngin tolerantlıq ənənələri olduğunu, səfəri zamanı bu ənənələrin təməl prinsiplərini öyrənməyə çalışacağını vurğulamışdır.
Misirli dövlət nümayəndəsi qeyd etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və işğal olunması beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunsa da, Ermənistan həmin ərazilərin azad edilməsi tələbini icra etmir. Ona görə də, bu ədalətsizliyin qarşısını almaq üçün İslam ölkələrinin vahid mövqedən çıxış etməsinə və beynəlxalq təşkilatlar qarşısında sərt şəkildə məsələ qaldırmasına ciddi ehtiyac vardır.

Forum Azərbaycanın qlobal problemlərin çözümü ünvanı olmasını təsdiqləyir

Forumda müzakirə edilən radikalizmin güclənməsi, dinin siyasiləşməsindən narahatlıqlar, dövlətlərin öz prioritetləri çərçivəsində tolerantlıq, dinc və yanaşı yaşayış dəyərlərini yüksəltməyin, həmçinin din və dövlət münasibətlərinin əhəmiyyətinin nəzərə alınması məsələləri, eyni zamanda, insanlar arasında irqi və dini ayrı-seçkiliyə yol verilməməsi tələbi, eləcə də terror və işğalçılığın pisləməsi vurğulanıb.
Həmçinin forumda dövlət və din münasibətlərilə bağlı daimi prinsiplər, milli və dini kimlik və ifadə azadlığı fonunda dövlət və din əlaqələri, modernizm, sekulyarizm və dözümlülük sahəsində Azərbaycan modeli ətrafında müzakirələr aparılması xüsusi olaraq diqqətə çatdırılıb.
Forumun sonunda qəbul olunan Bakı Platforması haqqında da mətbuatda geniş məlumat dərc edilmiş, o cümlədən Forumun işi çərçivəsində toxunulan mövzuların əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, inqilabın baş verdiyi Misirdə islamçıların hakimiyyətə gəlməsi nəticəsində din və siyasətin sintezi, tolerantlıq və din azadlığı məsələlərinin cəmiyyətdə geniş müzakirə edildiyi bir vaxda Bakı Forumunun mətbuatda geniş şəkildə işıqlandırıması tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini göstərir.