I Divizionda qəribə hal - Bütün oyunlar eyni hesabla bitdi

I Divizionda qəribə hal
Oxunma sayı: 936

Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci il mövsümünün ilk turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu gün turun 3 qarşılaşması baş tutub.

“Turan Tovuz” doğma meydanda “Şüvəlan”ı, “Sabah” “Binə”ni, “Qaradağ Lökbatan” isə səfərdə MOİK-i minimal hesabla məğlub edib.

Qeyd edək ki, turun dünən baş tutan 2 oyunu da eyni hesabla başa çatmışdı.

I Divizion, 1-ci tur

4 oktyabr

“Turan Tovuz” – “Şüvəlan” 1:0

Qol: Qaraxan Əliyev, 89 (ö.q.)

“Sabah” – “Binə” 1:0

Qol: Məhəmməd Alıyev, 30

MOİK – “Qaradağ Lökbatan” 0:1

QOL: Coşqun Süleymanov, 55

 

3 oktyabr

“Ağsu” – “Zaqatala” - 1:0

Qol: Əlimərdan Əlimərdanlı, 76

“Xəzər” – “Mil-Muğan” - 0:1

Qol: Vüqar Əlibabayev, 54


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi