İbad Hüseynov haqqında film

ibad-huseynov-haqqinda-film
Oxunma sayı: 1500


“Qafqazinfo”nun məlumatına görə,  "Qəhrəman " adlı sənədli filmdə İbad Hüseynovun döyüş yoldaşları, dövlət  rəsmiləri, hərbçilər və mədəniyyət xadimləri çıxış ediblər. 

Onu da deyək  ki  filmin çəkilişlərinin bir hissəsi Qarabağda aparılıb. Yaxınlarda   geniş kütləyə təqdim olunacaq "Qəhrəman" filminin prodüseri Hüseyn Cavadzadə layihə haqqında “Qafqazinfo”ya məlumat verib: "Ümumiyətlə biz öyrəşmişik qəhrəmanlar igidlər haqqında nağıllarda, əfsanələrdə eşidək. Amma İbad  Hüseynov dövrümüzün  əfsanələşən qəhrəmanıdır. Onu nəinki Azərbaycanda, hətta  onun hüdudlarından kənarda da təbliğ etmək lazimdir. Buna görə də film  bir neçə dillərə tərcümə olunub xarici ölkələrdə də nümayiş  olunacaq".

Qeyd edək ki ermənilər tərəfindən başına 25 milyon  dollar qoyulan  İbad Hüseynov Qarabağ müharibəsi zamanı  ermənilərin milli qəhrəmanı, beynəlxalq terrorçu Monte Melkoyanın  başını  kəsib təhvil verməsi ilə  bütün türk dünyasında məşhurdur.