İbad Hüseynov haqqında kitab təqdim olunacaq

ibad-huseynov-haqqinda-kitab-teqdim-olunacaq
Oxunma sayı: 658

Kitabın yazarı İbad Hüseynovun döyüşçü yoldaşı Sahib Şirinovdur. Millət vəkili Qənirə Paşayevanın önsöz yazdığı kitabın məsləhətçisi polkovnik Məhərrəm Cahangirov, redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır. Kitaba polkovnik Məhəmməd Qədirov, polkovnik-leytenant Məmməd Rəhimov və dosent Ceyhun Alıyev rəy vermişlər. Kitab "Elm və Təhsil" Nəşriyyatında işıq üzü görüb. Kitabda generallar Yaşar Aydəmirov və Rövşən Əkbərovun, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, millət vəkili Elman Məm¬mədovun, keçmiş döyüşçü Elxan Namazovun, Türkiyəli hərbçilər Namiq Alpər və Mustafa Gəncin də xatirələri, ürək sözləri yer alıb.

Qeyd edək ki, "Xüsusi təyinatlı"da göstərilən faktlar tam gerçəkliyi əks etdirir. Belə ki, hadisələrin canlı şahidlərinin kitabda yer alan fikirləri, Azərbaycan Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunmuş rəsmi "Arayış"larda da öz əksini tapıb. Tərtibçi-müəllifin müharibə, döyüşçü psixologiyası, Azərbaycanda ordu quruculuğu, Qarabağ həqiqətləri və s. barədə şəxsi fikirlərinin də verildiyi bu məqalələr və sənədlər toplusu, necə adlandırılmasından asılı olmayaraq zərurət, cəsarət və həqiqətdən irəli gəlib. Mətnləri müşahidə edən, müxtəlif illərdə çəkilmiş fotolar da kitaba özünəməxsus anlam verir. Habelə, bir döyüşçünün başqa bir döyüşçü haqqında könül dolusu məhəbbətlə, həqiqətsevərliklə qələmə aldığı kitab olması "Xüsusi təyinatlı"nın dəyərini artıran əsas amildir. Geniş oxucu kütləsinə, özəlliklə ölkəmizin gənc nəs¬linə ünvanlanmış

"Xüsusi təyinatlı" 18 fevral tarixdə Beynəlxalq Mətbuat Mərkəzində ictimaiyyətə təqdim olunacaq. Təqdimatda millət vəkilləri, KİV nümayəndələri, İbad Hüseynovun döyüşçü dostları, QHT nümayəndələri iştirak edəcəklər. Təqdimat mərasimi saat 12.00-da başlanacaq.