İBM “Azərsun Holdinq”i Avropanın nümunəsi kimi təqdim etdi

ibm-azersun-holdinqi-avropanin-numunesi-kimi-teqdim-etdi-
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, IBM şirkəti İT sahəsində innovasiyaları hazırlayan dünyanın aparıcı şirkətlərindən biridir. “Azərsun Holdinq”də hazırda IBM ilə informasiya texnologiyalarının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edir. Qeyd edək ki, geniş istehsal və satış şəbəkəsinə sahib olan “Azərsun Holdinq” mükəmməl sürətə malik, həmçinin mühüm biznes proseslərinin 2.5 dəfə daha artıq sürətlə həyata keçirən mükəmməl kompüter şəbəkəsi yaratmışdır. Bununla yanaşı “Azərsun Holdinq” ölkədə və ölkə xaricində fəaliyyət göstərən ofis və istehsal sahələrini əhatə etməkdədir.

Tədbirdə çıxış edən IBM şirkətinin Rusiya və MDB ölkələri üzrə dövlət proqramlarının rəhbəri Marat Quriev “Azərsun Holdinq”in bu texnologiyadan geniş şəkildə istifadə edən Avropa üzrə ikinci şirkət olduğunu vurğuladı. Belə şəbəkənin yaradılması üçün milyonlarla manat vəsait sərf olunur. Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü ili İnformasiya kommunikasiya texnologiyaları ili elan edib.